17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pirallahı Sənaye Parkının rezidenti yeni məhsullar istehsal edəcək

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkının rezidenti "Diamed Co" MMC Rusiyaya şpris ixrac etməyi planlaşdırır. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycanın yeganə şpris istehsalçısı olan "Diamed Co" MMC-nin direktoru Samirə Hüseynova deyib.

Rusiyaya 2, 5, 10 və 20 ml-lik şprislər ixrac edəcəklərini açıqlayan S.Hüseynova əlavə edib ki, artıq müəssisədə yeni növ insulin şprislərinin istehsalına başlanılıb. Bu ilin noyabrından isə vakuumlu qan tüplərinin bütün növləri istehsal ediləcək. Yeni istehsal xətti üçün qəliblər İsveçrədən, komplektləşdirmə avadanlıqları isə Cənubi Koreyadan alınıb. Bundan əlavə, daxili bazarda üç hissəli şprislərə tələbatın olduğunu nəzərə alaraq və ölkəmizin şpris idxalından tam azad olması məqsədi ilə zavod bu ilin dekabr ayından 3 hissəli şprislərin də istehsal xəttini işə salacaq. Üç hissəli şprislərin istehsalı daha müasir sayılan iki hissəli şprislərin istehsalı ilə paralel aparılacaq.

"Diamed Co" hazırda 40-dan çox məhsul - müxtəlif növ şprislər, o cümlədən insulin şprisləri, infuziya və transfuziya dəstləri, müxtəlif ölçüdə kəpənəklər və vazofikslər istehsal edir. Zavodun yaxın müddət üçün planına nümunə qabları, pipet ucluqları və s. kimi laborator materialların da istehsalı daxildir. Hazırda Azərbaycanda bu məhsulların heç biri istehsal edilmir.

İlhamə İSABALAYEVA

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?