24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan şirkəti zəfəran əkini sahəsini genişləndirib

Azərbaycan şirkəti zəfəran əkini sahəsini genişləndirib

Azərbaycanın ən böyük zəfəran istehsalçısı olan “Absheron Saffron Ltd” MMC bu il zəfəran əkini sahəsini 3 hektar genişləndirib. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin təsisçisi Xəlil Cəfərov deyib.

Onun sözlərinə görə, bu il 20 hektarlıq ərazinin 13 hektarında zəfəran əkilib: “Keçən il hava isti keçdiyindən məhsuldarlıq az oldu. Amma bu il 40-50 kq zəfəran toplayacağımızı gözləyirik. İndiyədək ən çox halda 30 kq zəfəran toplaya bilmişik. Hazırda 30 kq-a qədər ehtiyat zəfəranımız var”.

Xatırladaq ki, 2016-cı ildən fəaliyyət göstərən “Absheron Saffron Ltd” MMC Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsində zəfəran əkir.

İlhamə İSABALAYEVA

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması