12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artıma dair proqnozunu yeniləyib

Beynəlxalq Valyuta Fondu (IMF) qlobal iqtisadi artıma dair 2019-cu və 2020-ci illərə dair proqnozunu müvafiq olaraq 3,2 və 3,5 faiz səviyyəsində müəyyənləşdirib.

Fondun "World Economic Outlook" məruzəsinin iyul ayı buraxılışında göstərilən bu rəqəmlər aprel ayı buraxılışındakına nisbətən 0,1 faiz vahidi azdır. Bu il dünya ÜDM-nə dair daha əvvəl dərc olunmuş məlumatların və inflyasiya rəqəmlərinin azalması nəzərə alınaraq dünyada iqtisadi fəaliyyətlərin gözlənildiyindən az olduğuna dəlalət etdiyi qeyd olunan məruzəyə görə dünya iqtisadi artımının hələ də ləng olduğu diqqətə çatdırılır. Mənfi meyllərə gətirib çıxaran amillər arasında ABŞ ilə Çin arasında qarşılıqlı idxal rüsumlarının qaldırılması, "Brexit"in yaratdığı qeyri-müəyyənlik, geosiyasi gərginliyin artması göstərilir. İnkişaf edən və formalaşmaqda olan bazara malik ölkələrdə sərmayənin və uzunmüddətli istehlak mallarına tələbatın azlığına diqqət çəkilən məruzədə maşınqayırma və uzunmüddətli istehlak mallarının üstünlük təşkil etdiyi ticarətin dinamikasındakı ətalət olduğu qeyd edilir.

Dünya iqtisadi artımı ilə bağlı risklər qismində ticarət və texnologiya sahəsindəki gərginlikdən irəli gələcək sərmayə axınının azalması, həmçinin ticarət sazişlərindəki qeyri-müəyyənlik kimi amillərin göstərildiyi məruzədə həmçinin mövcud risklərdən yayınma vasitələri olaraq birtərəfli rüsumları təzyiq məqsədilə tətbiq etməmək, struktur islahatlarını və həssas təbəqələrin müdafiəsini, dövlət orta müddətli maliyyəsini dəstəkləyən vergi siyasəti, ilk növbədə isə istehsalın artımı qarşısındakı əngəlləri aradan qaldırmaq kimi tədbirlər tövsiyə olunur.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?