20 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi 2025-ci ildə başa çatdırılacaq

2025-ci ildə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi başa çatdırılacaq. Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində məlumat verib. “Bu, beynəlxalq dəhlizlərə və transsərhəd məlumat axınlarına qoşulacaq rəqəmsal infrastrukturun yaradılması baxımından ölkəmiz üçün son dərəcə vacibdir”, -deyə o bildirib.

Prezident telekommunikasiya şəbəkələrinin, məlumat mərkəzlərinin fəal inkişafının davam etdirilməsinin, qlobal kibertəhlükəsizlik standartlarının tətbiqinin, mütəxəssislərin səriştəsinin artırılmasının zəruriliyini qeyd edib.

2023-cü ildə telekommunikasiya operatorları “AzerTelecom” və “Kazaxtelecom” arasında Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Trans-Xəzər fiber-optik rabitə xəttinin (FOCL) tikintisi və istismarı üzrə birgə müəssisənin yaradılması haqqında Saziş imzalanıb.

Bu rabitə xətti Avropa ilə Asiya arasında yeni rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan irimiqyaslı “Digital Silk Way” layihəsinin bir hissəsi olacaq.

Sualtı xəttin əsas marşrutu Qazaxıstanın Aktau limanından Azərbaycanın Siyəzən şəhərinə qədər uzanacaq və onun uzunluğu 340 kilometrdən artıq olacaq. Bununla yanaşı, Qazaxıstanın Kurık limanından Bakının yaxınlığındakı Buzovna kəndinə uzunluğu təxminən 330 kilometr olan ehtiyat kanal çəkiləcək.

AZƏRTAC

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?