3 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AZS 216:2024 “İçməli təbii mineral sular. Ümumi texniki şərtlər” dövlət standartı yenidən işlənilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən AZS 216:2024 “İçməli təbii mineral sular. Ümumi texniki şərtlər” dövlət standartı layihəsi “Qida məhsullarının keyfiyyəti və texnologiyasının standartlaşdırması üzrə Texniki Komitə (AZSTAND/TK 33) tərəfindən yenidən işlənilib.

Dövlət standartının yenidən işlənilməsinin əsas məqsədi insan həyatı və sağlamlığı üçün vacib əhəmiyyət daşıyan beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə, o cümlədən digər dövlətlərin müvafiq milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanaraq suya olan tələbatın təmin edilməsidir.

Qeyd edək ki, dövlət standartının yenidən işlənilməsi istiqamətində AZSTANDART və Naxçıvan Muxtar Respublikasında yerləşən içməli təbii mineral suların emalı sahəsində fəaliyyət göstərən “Sirab” və “Badamlı” müəssisələrinin nümayəndələri arasında görüş keçirilib.

Görüş zamanı hər iki müəssisənin verdiyi təkliflər dəyərləndirilərək standart layihəsində öz əksini tapıb.
Standart layihəsinin qüvvəyə minməsi mineral suların 18-dən yuxarı ölkəyə ixrac edilməsinə, o cümlədən istehlakçıların içməli təbii mineral sulara olan tələbatının tam ödənilməsinə zəmin yaradacaq.

VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı?