25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ölçmə vasitələrinin yoxlanılmasına dair yeni qaydalar təsdiq edilib

Ölçmə vasitələrinin yoxlanılmasına dair yeni qaydalar təsdiq edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”ə əsasən, ölçmə vasitələrinin yoxlanılması İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən edilmiş qaydada yoxlayıcı qismində attestasiya olunmuş fiziki şəxslər tərəfindən həyata keçirilir.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən “Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları” təsdiq edilib. Qaydalara əsasən, ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslər, eləcə də bu sahədə akkreditasiya olunan qurumların yoxlayıcı qismində fəaliyyət göstərən əməkdaşları attestasiya olunmaq məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməlidirlər.

Qaydalarda ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərə (yoxlayıcılara) dair aşağıdakı tələblər müəyyənləşdirilib:

• ali təhsilin və ya orta ixtisas təhsilinin olması;

• ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində əmək stajı:

• texniki sahələrdə ali təhsilli namizəd üçün ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində ən azı 6 (altı) aylıq, metrologiya ixtisası üzrə ali təhsilli namizəd üçün ən azı 3 (üç) aylıq əmək stajı;

• digər sahələrdə ali təhsilli və ya orta ixtisas təhsilli namizəd üçün ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində ən azı 2 (iki) illik əmək stajı;

• olduğu halda peşə təhsili müəssisəsində və ya ixtisasartırma kursunda iştirakı;

• attestasiya olunmaq üçün müraciətdə qeyd edilmiş ölçmə növü üzrə attestasiya olunmuş digər yoxlayıcı ilə həmin ölçmə növü üzrə ən azı 5 müxtəlif tipdə ölçmə vasitəsini yoxlamaq şərtilə ən azı 5 (beş) iş günü müddətində təcrübə keçməsini təsdiq edən sənəd.

Qeyd edək ki, attestasiyadan keçmiş yoxlayıcılara Dövlət Xidməti tərəfindən 5 il müddətində qüvvədə olan attestat verilir.

Əlavə olaraq bildirilir ki, “Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları” ilə Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://competition.gov.az) “Məlumat mərkəzi” bölməsinin “Vacib məlumatlar” altbölməsində (https://competition.gov.az/az/page/melumat-merkezi/information) tanış olmaq olar.

Yoxlayıcı qismində attestasiyadan keçmək məqsədilə fiziki şəxslər “Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları”na 1 nömrəli əlavədəki ərizə formasını (https://bit.ly/4dI0FQb) dolduraraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsində “Ərizə, şikayət, təklif” bölməsi və ya elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması