18 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın ən böyük filtr istehsalçısı MDB ölkələrinin bazarına daxil olacaq

Azərbaycanın avtomobil, sənaye və kənd təsərrüfatı texnikası üçün filtrlərin ilk və ən böyük istehsalçısı olan “Az Filter” MMC məhsulları ilə Rusiya, eləcə də digər MDB ölkələrinin bazarlarına daxil olmağı planlaşdırır.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin prezidenti Fərhadian Abuzər deyib.

Onun sözlərinə görə, məhsullarını Gürcüstan və Qazaxıstana ixrac edirlər. Bu ölkələrə əsasən, yük və minik avtomobilləri üçün hava filtrləri satırlar.

“Az Filter” dünyadakı 45 min növ filtrin təxminən 10 faizini – 4500 filtri Azərbaycanda istehsal edə bilir. Şirkət hazırda dünyadakı bütün növ yük maşınlarının filtrlərini, qızıl mədənlərində suların təmizlənməsi, eləcə də cərrahiyyə otaqları üçün havanın təmizlənməsi üçün tələb olunan filtrləri istehsal edir.

2002-ci ildən rəsmi olaraq, fəaliyyətə başlayan müəssisə hər 3-5 aydan bir bazara yeni məhsul çıxarır. Azərbaycan bazarında filtrlərin daha mükəmməl istehsalı üçün intensiv strateji planlar tərtib edərək onları həyata keçirən MMC bu il ərzində minik avtomobilləri və böyük yük maşınları üçün metal konstruksiyalı yağ filtrlərinin (SPİN) də istehsalına başlayacaq. Bununla yanaşı, bu il yeni növ hava təmizləyici kondisioner, kabin filtri istehsal edəcəklər.

A.Fərhadian Ələt azad iqtisadi zonasında və Qarabağda da istehsal müəssisi qurmaqda maraqlı olduqlarını açıqlayıb.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?