13 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu ilin sonuna kimi Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsi 5 milyard dollara yaxınlaşa bilər

Bu ilin sonuna kimi Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcminin 5 milyard dollara yaxınlaşacağını gözləmək olar.

Bunu "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, son dövrlərdə Azərbaycan və Rusiyanın 3 milyard dollar ətrafında dəyişən ticarət dövriyyəsinin həcmi ötən il 4 milyardlıq həddi adlayaraq 4,5 milyard dollara yüksəlib. Bu ilin birinci yarısında isə dövriyyədə 13 faizlik artım müşahidə edilib.

İki ölkə arasında iqtisadi münasibətlərin artan istiqamət üzrə inkişaf etdiyini, əlaqələrin şaxələndirilməsi baxımından müsbət dinamikanın müşahidə edildiyini nəzərə çatdıran E.Əmirovun fikrincə, gələcəkdə iki ölkənin əməkdaşlığının mərkəzində dayanacaq istiqamətlərdən biri məhz Azərbaycanın dəhliz strategiyası ilə bağlı olacaq:

“Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi Rusiya, İran Hindistan və Oman rəhbərlərinin 2000-ci ilin sentyabrında birgə imzaladığı sənəd əsasında formalaşıb. Azərbaycan bu dəhlizə sonradan qoşulsa da, layihənin ən etibarlı tərəfdaşı olub. Bu dəhlizin perspektivləri çox genişdir, sadəcə, infrastrukturun inkişaf etdirilməsinə ehtiyac var. Dəhlizin keçdiyi ölkələr arasında Azərbaycan mövcud infrastrukturu ən yaxşı sayılan ölkədir”.

İqtisadçı hesab edir ki, Azərbaycanın iqtisadi prioritet istiqamətlərindən sayılan qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatı və turizmin inkişafında Rusiyanın müstəsna əhəmiyyəti var. Ölkəyə gələn turistlərin sayında və kənd təsərrüfatı məhsullarının ixracında bu ölkənin payı kifayət qədər yüksəkdir.

E.Əmirov bu istiqamət üzrə də müsbət dinamikanın artmasının davam edəcəyinə əminliyini bildirib.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?