27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İlin birinci yarısında 45 mindən çox iş yeri açılıb

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 45,4 min yeni iş yerləri açılıb ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yaradılmış iş yerlərinin 95,1 faizi özəl sektorun payına düşür. İş yerlərinin 79,4 faizi Bakı şəhərində, 1,7 faizi Naxçıvan Muxtar Respublikasında, 18,9 faizi digər regionlarda açılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 26,4 faizi tikinti, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8 faizi emal sənayesi, 7,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi peşə, elmi və texniki fəaliyyət, 4,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,5 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi informasiya və rabitə, 2,2 faizi təhsil, 7 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?