24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu artıb

2024-cü ilin yanvar-iyul aylarında əsas kapitala 9438,7 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox investisiya yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,4 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 2,9 faiz artıb. İstifadə olunmuş investisiyanın 4914,8 milyon manatı və ya 52,1 faizi məhsul istehsalı sahələrinə, 3404,4 milyon manatı (36,1 faizi) xidmət sahələrinə, 1119,5 milyon manatı (11,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf edilib.

Əsas kapitala yönəldilmiş investisiyaların 7728,6 milyon manatını və ya 81,9 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 6632,7 milyon manatı və ya 70,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması