27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın boyaları ərəb ölkələrinə ixrac ediləcək

Azərbaycanın boya istehsalçısı olan şirkət məhsullarını Küveytə və digər ərəb ölkələrinə ixrac edəcək. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “NB Holdinq” Açıq Səhmdar Cəmiyyətinin Marketinq departamentinin direktoru Mahir Quliyev deyib.

Onun sözlərinə görə, həmin ölkələrə “CORELLA” brendi altında istehsal etdikləri boyaları göndərəcəklər, artıq bunun üçün müəyyən müqavilələr bağlanılıb. İxraca bu ilin sentyabr ayından başlamaq nəzərdə tutulur. Bununla yanaşı, şirkət Qazaxıstan, Özbəkistan və Türkmənistan bazarına daxil olmaq niyyətindədir: “Artıq bir neçə ildir ki, Qazaxıstan və Özbəkistan bazarını araşdırırıq. Bu ölkələrin tikinti potensialı böyükdür. Orada bizim məhsulların satışı üçün geniş imkanlar var. Biz də bu imkanları dəyərləndiririk”.

M.Quliyev əlavə edib ki, “AZPOL” və “CORELLA” brendi altında istehsal etdikləri məhsulları artıq Rusiya və Gürcüstana ixrac ediblər. Şirkət inşaat, dekorativ, sənaye, yol cizgi boyaları, quru inşaat qarışıqları, izolyasiya materialları, təmizləyici və yuyucu vasitələr, boyalar üçün dəmir və plastik qablar, yuyucu vasitələr üçün plastik qablar və s. istehsal edir: “Biz istənilən həcmdə məhsul istehsal etməyə, hətta başqa şirkətlərin də sifarişlərini həyata keçirməyə qadirik. Qablaşdırma üçün 200 qramdan 25-50 kq-a qədər olan qablar istehsal edirik”.

İlhamə İSABALAYEVA

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?