19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri neft-qaz sektorunda əlavə dəyər 7%-ə yaxın artdı

2024-cü ilin ilk yarısında qeyri neft-qaz sektorunda əlavə dəyər ötən ilin müvafiq dövrünə nəzərən real ifadədə 6,9% artıb.

vergiler.az” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilib. Məlumata görə, qeyri neft-qaz sektorunda əlavə dəyər nominal olaraq 38,8 milyard manat təşkil edib. Sənayenin qeyri neft-qaz seqmentində məhsul istehsalı 7,4% artıb.

2024-cü ilin ötən dövrü ərzində kənd təsərrüfatında 0,2% artım qeydə alınıb. Heyvandarlıq məhsulları istehsalı 2,1% artıb, bitkiçilik məhsulları istehsalı isə 1,4% azalıb.

Xidmət sektorunda müşahidə edilən yüksək artım dinamikası davam edib. 2024-cü ilin yanvar-iyun aylarında nəqliyyat və anbar təsərrüfatı 15,4%, yük və sərnişin daşımaları isə müvafiq olaraq 4% və 8,2% artıb.

Dövr ərzində qeyri neft-qaz sahələri arasında ən yüksək iqtisadi artım nümayiş etdirən sahələrdən biri tikinti sektoru olub. 2024-cü ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nəzərən tikinti sektoru 18,4% artıb. Bu artımın əldə edilməsində işğaldan azad olunmuş ərazilərdə quruculuq-bərpa işləri mühüm rol oynayıb.

Dövr ərzində informasiya və rabitə sektorunda əlavə dəyər 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,2%, turizm və ictimai iaşə sektorunda isə 10,3% artıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?