12 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda sutəmizləyici avadanlıqlar istehsal edilə bilər

Azərbaycanın ən böyük sutəmizləyici şirkəti olan “Aqualink” MMC ölkədə içməli, dəniz və tullantı sularını təmizləyən avadanlıqların istehsalını təşkil etməyi planlaşdırır. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin Satış şöbəsinin müdiri Zaur Əmirov deyib.

Z.Əmirovun sözlərinə görə, hazırda bu avadanlıqlar Azərbaycana idxal edilir. “Aqualink”in müvafiq istehsalın təşkili üçün lazımi kadr potensialı və texniki imkanları var: “Azərbaycan bazarı kiçikdir. Əgər biz böyük bazar axtarırıqsa, onda məhsullarımızı ixrac da etməliyik. Bizə yaxın olan ixrac ölkələri Gürcüstan və Orta Asiya dövlətləri ola bilər”.

“Aqualink” nümayəndəsi qeyd edib ki, 2010-cu ildə təsis edilən şirkət hazırda bütün növ suların təmizlənməsini həyata keçirir. MMC-nin əsas fəaliyyət istiqaməti içməli suyun təmizlənərək tələb olunan normalar həddinə çatdırılmasıdır. Digər istiqamətlər tullantı sularının təkrar təmizlənməsi və onun texniki su kimi istifadəsinin, eyni zamanda, dəniz suyunun təmizlənərək içməli su kimi istifadəsinin təmin edilməsidir.

Qeyd edək ki, hazırda şirkət suyun təmizlənməsində istifadə edilən kimyəvi məhsulların idxalı və onların az miqdarda istehsalı ilə də məşğuldur.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi