26 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Süni intellekt əsasında SMM platforması

Süni intellekt əsasında SMM platforması

Azərbaycanda süni intellekt əsasında formalaşdırılmış yeni bir startap məhsulu hazırlanıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu məhsula - süni intellekt əsasında veb səhifələrin dizaynı və hazırlanması üçün nəzərdə tutulan platformaya görə "Jİ Studio" MMC-yə “Startap” şəhadətnaməsi təqdim edib.

MMC-nin təsisçisi Məhərrəm Əliyev bildirib ki, “JIS.AI” xidməti ideyanın mahiyyətinin qeyd edilə biləcəyi avtomatik proqramdır. İstifadəçi proqramda istədiyi məlumatı yazdıqdan sonra süni intellekt ona dizaynla yanaşı, müxtəlif kontent - yazı, şəkil və ya rəqəmsal dizayn təqdim edir. “JIS.AI” istifadəçilərə, eyni zamanda, müxtəlif sosial media paylaşımları yaratmağa kömək edir: “Bunun üçün, sadəcə, meyarlarınıza uyğun olan kontenti hazırlamağa kömək edəcək açar sözləri yazmalısınız. Xidmətimiz istənilən mövzuda mətn yazmaq imkanı da verir. Siz yalnız mətnin nə haqqında və hansı üslubda olacağını proqrama daxil etməlisiniz. “JIS.AI”də brend axtarışı funksiyası istənilən brendin aktivlərinə baxmaq imkanı verir. Bunun üçün hər hansı bir brendin adını daxil edin və platforma bir neçə saniyə ərzində sizin üçün loqotip, rəng, şrift, sloqan, reklam paylaşımları, fotoşəkillər, bir sözlə, istənilən sənaye brendi haqqında vacib olan bütün məlumatları toplayacaq”.

M.Əliyev əlavə edib ki, artıq 7000-dən çox istifadəçi “JIS.AI”dən istifadə edib. Gələcəyin personal marketinq köməkçisindən istifadə edənlər ödənişi ilk 100 cəhddən sonra edə bilərlər. Ödəniş paketlərə uyğun həyata keçirilir.

İlhamə İSABALAYEVA

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?