10 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarların "yaşıl layihə"ləri güzəştli kredit mexanizmi ilə dəstəklənir

Dayanıqlı istehlak və istehsala nail olunmasında, eləcə də resurs və enerji səmərəliliyinin artırılmasında “yaşıl biznes”lərin əhəmiyyətli rolu var. Bu səbəbdən sahibkarların “yaşıl layihə”lərinin maliyyələşdirilməsi prioritetlərdən biridir. Belə layihələr Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərlə təmin edilir.

Fondun məlumatına görə, maliyyələşdirilən layihələr Davamlı İnkişaf Məqsədlərindən 12-ci Məqsədə xidmət edərək istehsal və istehlakın səmərəli modellərinə keçidi təmin edir. İndiyədək Fondun güzəştli kreditlərindən yararlanan layihələr təkrar emal, alternativ enerji mənbələrinə keçid, elektromobillər üçün elektrik doldurma məntəqələrinin yaradılması kimi istiqamətləri əhatə edir. Beləliklə, istilik effekti yaradan qaz emissiyasının beynəlxalq normalara uyğun səviyyədə saxlanılması, enerji səmərəliliyini artırılması və resursların effektiv istifadəsi istiqamətində səylər dəstəklənir.

Belə layihələrdən biri SİF tərəfindən 2 milyon manat güzəştli kreditlə təmin edilmiş “Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin quşçuluğun inkişafı layihəsidir. Belə ki, güzəştli kreditlə təmin edilən quşçuluq təsərrüfatına yerləşdirilən günəş panelləri ay ərzində 510 meqavat enerjiyə qənaət edir. Bu qənaət müəssisənin aylıq enerji tələbatının 45 faizədək hissəsinin günəş enerjisi ilə qarşılanması hesabına baş verir.

Beləliklə, regionda fəaliyyət göstərən sahibkarlıq subyekti enerji səmərəliliyini artırmaq, xərclərini azaltmaq və resursların effektiv istifadəsinə nail olmaqla dayanıqlı inkişaf hədəflərinin yerinə yetirilməsinə dəstək olur.

VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?