13 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq reytinqlərin yüksəldilməsi kapital bazarlarına necə təsir edir?

“Beynəlxalq reytinqlərin yüksəldilməsi, adətən, qiymətli kağızlar bazarına portfel investisiyaları formasında təsir edir”.

Bu fikri bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının baş direktoru Əli Əhmədov səsləndirib. Onun sözlərinə görə, Azərbaycanın kredit reytinqinin yüksəldilməsinin orta və uzunmüddətli dövrdə kapital bazarlarının inkişafına müsbət təsir etməsi gözlənilir: "Bizdə, ümumiyyətlə, maliyyə bazarının inkişafı strategiyası var. Onun tərkibində kapital bazarının inkişafı ilə bağlı ayrıca strategiyamız var. Bu strategiya çərçivəsində müxtəlif tədbirlər nəzərdə tutulur. Onların icrasından sonra reytinqin yüksəldilməsinin orta və uzunmüddətli dövrdə təsirini gözləyirik".

Xatırladaq ki, bu günlərdə “Fitch” Beynəlxalq Kredit Reytinq Agentliyi Azərbaycanın uzunmüddətli xarici valyutada emitent defolt reytinqini (IDR) "BB+" səviyyəsindən "BBB-" səviyyəsinə yüksəldib. Proqnoz isə "Sabit" qiymətləndirilib.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?