14 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Eyyub Kərimli: "Fitch Ratings"in qərarı Azərbaycanda iqtisadi dayanıqlılığın təmin olunduğunun sübutudur”

“Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi tərəfindən Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artırılaraq BBB-, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi ölkəmizin makroiqtisadi vəziyyətinin milli valyutanı qorumaq iqtidarında olması ilə bağlı dəfələrlə səsləndirdiyimiz proqnozların doğru olduğuna dair ciddi sübutdur”.

Bunu İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli deyib.

E.Kərimlinin sözlərinə görə, "Fitch Ratings"in 8 ildən sonra suveren reytinqimizi yenidən investisiya dərəcəsinə qaytarması, reytinq üzrə proqnozun isə “stabil” olaraq təyin edilməsi əhəmiyyətli nailiyyətdir. "Fitch Ratings"in ölkəmizin xarici valyuta aktivləri, cari əməliyyat balansı, dövlət borcu və inflyasiya ilə bağlı proqnozları qlobal miqyasda müşahidə olunan durğunluq fonunda Azərbaycanda iqtisadi dayanıqlılığın təmin olunduğunun sübutudur: “İqtisadi proqnozlara əsasən, ölkəmizin iqtisadiyyatı davamlı və sabitdir, eyni zamanda, makroiqtisadi göstəricilər sabitdir. Bu, "Fitch Ratings"in proqnozlarında da öz əksini tapıb. Azərbaycanda manatın məzənnəsinin möhkəmlənməsi və sabitliyin davam etməsi, güclü xarici balans, cari hesabların profisiti, yəni xarici borcun ümumdaxili məhsula olan nisbətində 10 faizdən də aşağı olması, davamlı fiskal profisitlər, davamlı olaraq büdcəyə daxilolmaların sabit artımı, pul siyasətinin güclü inkişafı, manatin sabitliyi ölkənin iqtisadi göstəricilərinin möhkəmləndiyini deməyə əsas verir. Bütün bunlar, şübhəsiz ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında iqtisadi komandanın makroiqtisadi və monetar siyasət, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcunun optimal şəkildə idarə edilməsi sahəsində apardığı uğurlu islahatların bariz təzahürüdür. Düşünürəm ki, reytinqin yüksəldilməsi ölkənin investisiya mühitinə də müsbət təsir göstərir, çünki bu gün hər hansı xarici investor ölkəyə investisiya qoymağı planlaşdırırsa, sözsüz ki, beynəlxalq təşkilatların reytinqini əsas götürür. Digər tərəfdən, ölkəmiz həm də gələcəkdə xarici donorlardan güzəştli kreditlər əldə etmək imkanı əldə edir. Bütün bunlar, sözsüz ki, ölkə iqtisadiyyatının dinamik, sabit inkişafına əhəmiyyətli təsir göstərir, son nəticədə ölkənin iqtisadi artımını təmin edir”.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?