19 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qazaxıstanda Kurık limanını Orta Dəhlizlə birləşdirəcək yolun təmiri başa çatır

Qazaxıstanda Kurık limanını Orta Dəhlizlə birləşdirəcək yolun təmiri başa çatır

Qazaxıstanın Məngistay vilayətində uzunluğu 64 kilometr olan Kurık və Jetıbay kəndlərini birləşdirən respublika əhəmiyyətli yolun əsaslı təmiri başa çatır.

Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, Kurık dəniz limanına gedən Kurık-Jetibay yolu mühüm nəqliyyat dəhlizinə - Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz - red.) çıxışı təmin edir.

Beləliklə, obyektin istifadəyə verilməsindən sonra bütün tranzit axını birbaşa Kurık limanına yönləndiriləcək. Əgər əvvəllər sürücülər Aktauda dayanmalı olurdusa, indi onlar Jetıbay kəndi vasitəsilə dəniz limanına qədər gedə bilərlər.

“Yarım əsr istifadə olunmuş yolun rekonstruksiyaya ehtiyacı var. Demək olar ki, əsaslı təmir işlərini başa çatdırırıq. İstifadə olunan yol tikinti materialları yerli istehsaldır. Obyekt istifadəyə verildikdən sonra ölkəmizin ərazisindən keçən əsas TITR dəhlizinə çatmaq üçün vaxt daha iki saat qısalacaq”, -deyə Nəqliyyat Nazirliyinin rəhbəri Marat Karabayev bildirib.

Əsaslı təmir ötürücülük qabiliyyətini artırmağa imkan verəcək və yol hərəkətinin təhlükəsizliyini təmin edəcək.

AZƏRTAC

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?