16 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda yük maşınları və avtobuslar üçün əyləc bəndləri istehsal ediləcək

Qafqazda əyləc bəndlərinin yeganə istehsalçısı, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkında fəaliyyət göstərən “Brake systems Azerbaijan” MMC bu ilin sonuna kimi yük maşınları və avtobuslar üçün əyləc bəndləri və diskli əyləc sistemləri üçün barabanların istehsalına başlayacaq. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin direktoru Mehman Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, keçən ilin sonlarından fəaliyyətə başlayan müəssisə artıq 2 aya yaxındır ki, məhsullarını pərakəndə satışa da çıxarır. Zavod hazırda 200-dən çox model üçün məhsul təklif edir. “Brake systems Azerbaijan” ən son olaraq “Nissan” avtomobil modelləri üçün əyləc bəndlərinin istehsalına başlayıb.

Direktor əlavə edib ki, artıq Qazaxıstana məhsul ixracı üçün sifarişləri qəbul ediblər. Yaxın vaxtlarda ilk ixracın həyata keçirilməsi nəzərdə tutulur: “Bununla yanaşı, Gürcüstana ixrac üçün sifariş alma mərhələsindəyik. İraq və Küveyt də məhsullarımızı almaq istəyir. Logistika məsələlərini həll edə bilsək, oraya da məhsul göndərməyə hazırıq”.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?