16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Qarabağ KOB-ları 2024” proqramına başlanıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, “İnkişaf Korporasiyası” QSC-nin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə “Qarabağ KOB-ları 2024” proqramına başlanılıb.

KOBİA-nın məlumatına görə, proqramın məqsədi şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir.

Proqram çərçivəsində Bakı, Gəncə, Bərdə, Goranboy, Laçın rayonunun Zabux və Zəngilan rayonunun Ağalı kəndlərində ümumilikdə 70 şəxs “Maliyyənin idarə olunması”, “Biznes planın hazırlanması”, “Marketinq”, “Sosial media marketinq”, “İnsan resurslarının idarə olunması” və “Satış” mövzuları üzrə biznes, həmçinin seçilmiş istiqamətlər üzrə peşə təlimlərinə cəlb olunacaqlar.

Təlimləri uğurla başa vuran iştirakçılar Dövlət Məşğulluq Agentliyi tərəfindən seçdikləri müvafiq istiqamət üzrə avadanlıqlarla təmin olunacaqlar.

Proqram çərçivəsində KOB-ların istehsal etdikləri məhsulların və göstərdikləri xidmətlərin satışını həyata keçirdikləri platforma da yaradılıb. Yeni KOB subyektlərinin məhsul və xidmətləri də həmin platformaya yerləşdiriləcək.

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?