2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Son 6 ayda pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib

Son 6 ayda pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 15,6 minədək şəxsə yaşa görə pensiya təyin olunub. Həmin təyinatların 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, e-qaydada pensiya təyinatı sisteminin ən mühüm üstünlüklərindən biri vətəndaşın yaşa görə pensiya hüququ yarandığı gün onun müraciəti olmadan, hər hansı sənəd təqdim etmədən, avtomatik qaydada pensiya təyinatı aparılması və bu barədə e-qaydada özünə məlumat göndərilməsidir. Bununla da sistem əvvəlki illərdə yaşa görə pensiya hüququ yaranan, lakin müraciət etmədiyi üçün həmin vaxtlarda pensiya təyinatı aparılmamış şəxslərin də cari ilin əvvəlindən pensiya hüquqlarının avtomatik reallaşdırılmasına imkan verib.

Nəticədə isə e-pensiya sistemi yaşa görə pensiya təyin olunanların sayının artmasına səbəb olub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun aylarında yaşa görə əmək pensiyası təyinatlarının sayı 67,7 faiz artıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?