5 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Neft Fondu ƏSİ prinsiplərinin investisiya portfelinə inteqrasiyasını hədəfləyir

“Dövlət Neft Fondu tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi missiyasını əsas tutaraq uzunmüddətli investisiya fəaliyyətini həyata keçirir. Bizim niyyətimiz  ətraf mühit, sosial və idarəetmə (ƏSİ – müəl.) prinsiplərinə sistematik yanaşaraq məqsədlərimizə çatmağa töhfə verəcək investisiya imkanlarını müəyyən etməkdir”. 

Bu sözləri “vergiler.az”a açıqlamasında Dövlət Neft Fondunun Strateji kommunikasiya şöbəsinin müdiri Ülviyyə Mehralıyeva deyib. O bildirib ki, risklər nəzərə alınmaqla maksimal gəlirliliyin əldə olunmasını hədəfləyən bu yanaşma Fondun aktivlərinin real dəyərinin qorunub saxlanması və artırılmasına, bununla da uzunmüddətli maliyyə təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək:

“Fondun investisiya portfelinin hər bir aktiv növü üzrə ƏSİ göstəricilərinə nəzər salsaq, 2023-cü ildə sabit gəlirli aktivlər və səhm portfeli üzrə ƏSİ göstəricisinin karbon emissiyasına görə bençmarkdan daha aşağı nəticə göstərdiyini görərik. Bundan əlavə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə səhm portfelindəki şirkətlərin 61%-i gender bərabərliyinə, 36%-i iqtisadi inkişaf və 35%-i iqlim dəyişikliyinə müsbət töhfə verib. Özəl səhm portfelinə gəldikdə isə investisiya fondlarının orta şəffaflıq göstəricisi 9% olduğu halda Dövlət Neft Fondunun özəl səhm portfelinin göstəricisi 72% olub. Bu göstərici daşınmaz əmlak portfeli üzrə 73% təşkil edib. Sözügedən sektorun ümumi ortalamasının 11% olduğunu nəzərə aldıqda hər iki aktiv növü üzrə Fondun portfelinin göstəricisinin kifayət qədər yüksək olduğu görünür”.

Ü.Mehralıyeva əlavə edib ki, son dövrlərdə qlobal istiləşmə, resurs qıtlığı, artan sosial bərabərsizliklər, korporativ idarəetməyə keçid kimi trendlər fonunda ətraf mühit, sosial və idarəetmə faktorları biznes və investisiya mühitində daha böyük əhəmiyyət daşıyır. Təcrübə göstərir ki, ƏSİ faktorlarının inteqrasiyası qeyd olunan problemlərin fonunda şirkətlər qarşısına qoyulan tələbləri qarşılamaqla yanaşı, bir çox hallarda uzunmüddətli maliyyə performansının yaxşılaşması baxımından da cəlbedici ola bilir.

“Bu baxımdan, dayanıqlı inkişafa töhfə vermək və dövlətə məxsus vəsaitlərin sosial məsuliyyətlə idarə edilməsi milli sərvətin qoruyucusu funksiyasını daşıyan suveren fondların üzərinə düşən vacib öhdəliklərdəndir. Dövlət Neft Fondu ƏSİ prinsiplərinin vacibliyini başa düşür, missiya və strateji baxış çərçivəsində ƏSİ-nin investisiya portfelinə inteqrasiyasını təmin etməyi hədəfləyir” – Ü.Mehralıyeva qeyd edib.

Özəl səhmlər və daşınmaz əmlak üzrə ƏSİ inteqrasiyasının 3 istiqamətdə həyata keçirilməsi planlaşdırılır. İlkin olaraq idarəedici şirkətlərin qiymətləndirilməsi, yeni investisiyaların detallı təhlili zamanı ƏSİ üzrə xüsusi hazırlanmış sorğu formalarının göndərilməsi və Dövlət Neft Fondunun portfelindəki mövcud investisiyaların mütəmadi monitorinqinin həyata keçirilməsi nəzərdə tutulur.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?