24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ağdamda tütün məmulatları istehsal ediləcək

Ağdamda tütün məmulatları istehsal ediləcək

“İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması və əhalinin məşğulluğunun təmin olunması məqsədilə “Tabaterra” QSC tərəfindən həm Ağdam şəhərində, həm də Qubadlı rayonunda investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulub”.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bunu Şuşada təşkil olunan "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbir çərçivəsində keçirilən panel müzakirələrdə çıxış edərkən QSC-nin direktoru Elman Cavanşir deyib.

Onun sözlərinə görə, Ağdam şəhərində yatırılmış investisiya həm sənaye, həm də sosial infrastrukturu əhatə edir: “Ağdam Sənaye Parkında beynəlxalq standartlara uyğun tütün məmulatları istehsalı müəssisəmiz qurulmaqdadır və işlərin bu yaxınlarda yekunlaşacağı gözlənilir. Bu investisiya layihəsinin tərkib hissəsi olaraq bizim Sumqayıtda yerləşən müəssisəmizdən istehsal avadanlıqlarının Ağdama gətirilməsi nəzərdə tutulub”.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması