Ağdamda tütün məmulatları istehsal ediləcək

2024.07.01 16:19 (UTC+04:00)

“İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması və əhalinin məşğulluğunun təmin olunması məqsədilə “Tabaterra” QSC tərəfindən həm Ağdam şəhərində, həm də Qubadlı rayonunda investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulub”.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bunu Şuşada təşkil olunan "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbir çərçivəsində keçirilən panel müzakirələrdə çıxış edərkən QSC-nin direktoru Elman Cavanşir deyib.

Onun sözlərinə görə, Ağdam şəhərində yatırılmış investisiya həm sənaye, həm də sosial infrastrukturu əhatə edir: “Ağdam Sənaye Parkında beynəlxalq standartlara uyğun tütün məmulatları istehsalı müəssisəmiz qurulmaqdadır və işlərin bu yaxınlarda yekunlaşacağı gözlənilir. Bu investisiya layihəsinin tərkib hissəsi olaraq bizim Sumqayıtda yerləşən müəssisəmizdən istehsal avadanlıqlarının Ağdama gətirilməsi nəzərdə tutulub”.