17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sabirabad Sənaye Məhəlləsində yeni rezident

“Azgreentech” MMC-yə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) məlumatına görə, şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində plastik tullantıların təkrar emalı layihəsi həyata keçiriləcək.

İnvestisiya dəyəri 2,3 milyon manat olan müəssisədə 20 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.

Bundan başqa “Azgreentech” MMC tərəfindən respublikanın bir çox bölgələrində (Bakı şəhəri və Abşeron yarımadası xaric) plastik tullantıların toplama məntəqələri qurulacaq ki, bu da həmin ərazilərdə əlavə iş yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək.

Müəssisənin istehsal edəcəyi məhsul çeşidlərinin böyük hissəsi ixrac üçün nəzərdə tutulub.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?