19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DİF: Azərbaycan startaplar və innovasiyalar üçün əlverişli mühitin yaradılmasında mühüm irəliləyiş əldə edib

Dünya İqtisadi Forumunun “IDEA: Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiya” hesabatına əsasən, Azərbaycan startaplar və innovasiyalar üçün əlverişli mühitin yaradılmasında mühüm irəliləyiş əldə edib.

Hesabata görə, irəliləyiş biznesin inkişafına dəstək və innovasiyaların təşviqinə yönəlmiş çoxsaylı institutlar və proqramların yaradılmasında (məsələn, irimiqyaslı tədbirlər, texnoparklar və biznes inkubatorların inkişafı) öz əksini tapıb.

Hesabatda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, bu sahədə əlaqələndirməni və inkişafı təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanır.

Son illər Azərbaycanda rəqəmsal iqtisadiyyat sosial-iqtisadi inkişaf məqsədlərinin tərkib hissəsi kimi qəbul edilir. Sənəddə bildirilir ki, iqtisadiyyatın şaxələndirilməsi və hasilat sənayesindən asılılığın azaldılması üzrə milli baxışa uyğun olaraq, Azərbaycan rəqəmsal inkişafın təşviqində və qlobal rəqabət qabiliyyətinin artırılmasında birbaşa xarici investisiyaların rolunu həlledici hesab edir. Azərbaycan hökuməti 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası vasitəsilə xarici investisiyaların cəlb edilməsinə, islahatların həyata keçirilməsinə və özəl sektorun stimullaşdırılmasına xüsusi diqqət yetirir.
Hesabatda vurğulanır ki, Azərbaycana birbaşa xarici investisiyaların əsas hissəsinin neft-qaz sektoruna daxil olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən xarici investorların fəaliyyətinə diqqətlə nəzər saldıqda yeni investisiya layihələrinin əksəriyyəti (2016-cı ilin yanvarından 2023-cü ilin aprelinədək) maliyyə/biznes xidmətləri, proqram təminatı, İT xidmətləri və sənaye avadanlıqlarının istehsalı kimi sektorlarda cəmləşib.

Azərbaycan hökuməti rəqəmsal iqtisadiyyata diqqət yetirməklə genişmiqyaslı islahatlar həyata keçirir. Hesabat müəllifləri həyata keçirilən tədbirlər sırasında Rəqəmsal İqtisadiyyat Strategiyası və 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının hazırlanmasını qeyd edirlər. 2022-ci ilin dekabr ayından etibarən bu strategiyanın hazırlanması üçün dayanıqlı və rəqabətədavamlı rəqəmsal iqtisadiyyatın yaradılması məqsədilə ölkədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SIM) nəzdində xüsusi işçi qrupu yaradılıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?