6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qeyri-neft-qaz sektorunda məhsul istehsalında artım qeydə alınıb

Qeyri-neft-qaz sektorunda məhsul istehsalında artım qeydə alınıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-may aylarında 26,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 7,0 faiz artıb.

Sənaye məhsulunun 64,7 faizi mədənçıxarma sektorunda, 29,3 faizi emal sektorunda, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4,1 faiz artıb.

Emal sektorunda tikinti materiallarının istehsalı 38,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,5 faiz, mebel istehsalı 36,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 36,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,3 faiz, əczaçılıq məhsullarının istehsalı 29,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,7 faiz, elektrik avadanlıqlarının istehsalı 22,2 faiz, geyim istehsalı 21,3 faiz, tütün məmulatlarının istehsalı 18,4 faiz, içkilərin istehsalı 16,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 12,0 faiz, hazır metal məmulatlarının istehsalı 10,2 faiz, neft məhsullarının istehsalı 7,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 5,1 faiz, qida məhsullarının istehsalı 4,1 faiz, kağız və karton istehsalı 2,7 faiz artıb, ağacın emalı və ağacdan məmulatların istehsalı 7,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 11,1 faiz, poliqrafiya məhsullarının istehsalı 16,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 17,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 18,4 faiz, maşın və avadanlıqların istehsalı 19,5 faiz, sair sənaye məhsullarının istehsalı isə 67,5 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,1 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 11,7 faiz artıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?