19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Xidmətində un istehsalçıları ilə görüş keçirilib

Məlum olduğu kimi, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) qiymətlərinə uyğun formalaşır.

Lakin son vaxtlarda unun topdansatış qiymətlərində müşahidə olunan dalğalanmalar və unun istehlak bazarında strateji məhsul olması nəzərə alınaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətin inzibati binasında Xidmətin rəis müavini Elnur Bağırov, Antiinhisar nəzarəti və İstehlak bazarına nəzarət şöbələrinin rəhbərləri Fuad Yadigarov və Yusif Tapdıqlının iştirakı ilə dövlət-özəl dialoqu çərçivəsində müvafiq sahədə fəaliyyət göstərən iri sahibkarlıq subyektləri (“Karat Holdinq” MMC, “Karmen” MMC, fiziki şəxs Mirzəyev İskəndər, "ATS Mill" MMC, “Dəvəçi Dəyirman” MMC və s.) və onları təmsil edən assosiasiyalarla görüş keçirilib.

Görüşdə mövcud qiymət dinamikası, Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın mövcud qiymətləri və bu qiymətlərin daxili bazarda un qiymətləri ilə mütənasibliyi müzakirə edilib.

Tədbirdə qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasının vacibliyi vurğulanıb, cari ilin iyul ayının 1-dən etibarən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin tələbləri barədə ətraflı məlumat verilib.

Eyni zamanda, qeyd olunub ki, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi monitorinqlər aparılır və pozuntu aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görülür.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?