27 İyul 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvar-may aylarında 700 milyon kubmetr artımla qaz hasil edilib

2024-cü ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, 5 ay ərzində respublikada 20,9 milyard kubmetr təbii qaz hasil edilib. Energetika Nazirliyinin məlumatına görə, qazın 5,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 11,6 milyard kubmetri “Şahdəniz”, 0,65 milyard kubmetri “Abşeron”, 3,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 0,7 milyard kubmetr artımla qaz hasil edilib.

5 ay ərzində xaricə qaz satışı 10,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Avropaya 5,3 milyard kubmetr, Türkiyəyə 4,1 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 2,3 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyun 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 221,8 milyard kubmetr, “Şahdəniz”dən isə 220,6 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 157 milyard kubmetri ixraca nəql edilib.

2024-cü ilin yanvar-may aylarında ölkədə 12 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 6,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,8 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,25 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,1 milyon ton təşkil edib.

Hesabat dövründə 9,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 8,6 milyon tonu konsorsiumun, 1,3 milyon tonu isə SOCAR-ın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyun 2024-cü il tarixinədək 637,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 591,6 milyon ton neft, “Şahdəniz”dən isə 46,3 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 iyun 2024-cü il tarixinədək təqribən 635,9 milyon tonu ixraca nəql edilib.

2024-cü ilin yanvar-may ayları ərzində neftin emalı 2,7 milyon tona yaxın təşkil edib.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiMəcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi VergiSadələşdirilmiş verginin ödəyicilərinə vergi güzəşti VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiTorpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiTəsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası VergiMal mübadiləsi zamanı vergitutma VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiQeyri-kommersiya təşkilatlarının qeydiyyatı necə aparılır?