9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
AİİB-lə tərəfdaşlıq imkanları müzakirə edilib

AİİB-lə tərəfdaşlıq imkanları müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) vitse-prezidenti Lyudqer Şuknextlə görüşüb.

Görüşdə ölkəmizin Banka üzv olduğu 2016-cı ildən səmərəli əməkdaşlığın davam etdiyi vurğulanıb. Bankın üzv ölkələrin infrastruktur baxımdan inkişafına verdiyi dəstək qeyd olunub. Dayanıqlı inkişafın təmin olunması, o cümlədən “yaşıl iqtisadiyyat”a keçid, “yaşıl enerji”nin təşviqi, həmçinin COP29-a hazırlıq çərçivəsində ölkəmizdə görülən işlər diqqətə çatdırılıb. COP29 çərçivəsində birgə iş və tərəfdaşlıq imkanları müzakirə edilib. Bankla əməkdaşlıq çərçivəsində prioritet layihələr barədə məlumat verilib.

Lyudqer Şuknext Bankın Azərbaycanla uğurlu tərəfdaşlıq etdiyini bildirib. AİİB-nin Asiya regionunda iqtisadi artımın stimullaşdırılması, iqlim siyasətinə əsaslanan maliyyələşdirmə aləti, az inkişaf etmiş üzvlər üçün nəzərdə tutulan xüsusi fond pəncərəsi barədə məlumat verib. Bankın işbirliyi çərçivəsində maraq göstərdiyi yeni istiqamətlər barədə fikirlərini bölüşüb.

Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini nəzərdən keçiriblər. AİİB tərəfindən son dövrlərdə həyata keçirilən strategiyalar və nəzərdə tutulan tədbirlər, Azərbaycanda Bankın fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?