7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Avrasiyanın arteriyaları” - Azərbaycanın dəhliz strategiyasına qlobal baxış

Tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun Prezident İlham Əliyevin uğurlu dəhliz strategiyasına həsr etdiyi “Avrasiyanın arteriyaları” adlı kitabı ictimaiyyətə təqdim edilib. Azərbaycanın nəqliyyat-kommunikasiya və enerji dəhlizlərindən bəhs edən nəşrdə materikin 30-dan çox dəhlizini əhatə edən məqalələr yer alıb.

Təqdimat mərasimində çıxış edənlər ölkə rəhbərinin dəhliz strategiyasının bütün komponentləri ilə ictimaiyyətə təqdim edilməsi baxımından bu kitabın böyük əhəmiyyətindən danışıblar. Eyni zamanda, Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan 10-a yaxın nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin qlobal geosiyasətin əsas komponentinə necə çevrildiyi barədə müəllifin fikirləri incələnib.

“Avrasiyanın arteriyaları” kitabında müəllif tərəfindən ABŞ, Rusiya, Çin və digər dünya nəhənglərinin Avrasiyanın dəhlizləri uğrunda apardığı mübarizə və bu mübarizənin yaratdığı münaqişələr, onların təzyiqi ilə məhv edilən və məhvi planlaşdırılan dəhlizlər, eləcə də onların gələcəyinə dair təhlil və proqnozlar verilib. Nəşrdə, həmçinin, Avrasiya materikinin nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin hər birinin tarixi, marşrutları, texniki-iqtisadi parametrləri və onların gələcəyinə dair geniş təhlillər öz əksini tapıb.

Kitabın region ölkələri və Avropa oxucuları üçün də maraq doğuracağı gözlənilir.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?