19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiya Azərbaycan iqtisadiyyatına 10 milyard dollara yaxın sərmayə yatırıb

Son 30 ildə Rusiya Azərbaycan iqtisadiyyatına 10 milyard dollara yaxın sərmayə yatırıb ki, bunun da 2,5 milyard dolları qeyri-neft-qaz sektoruna yönəldilib.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən Rusiya-Azərbaycan biznes dialoqu zamanı deyib.

O, bu göstəricinin daha da artması üçün potensialın olduğunu qeyd edib. AZPROMO rəhbərinin sözlərinə görə, Azərbaycanda Rusiya kapitallı 1300-ə yaxın şirkət fəal fəaliyyət göstərir. Rusiya Azərbaycanın qeyri-neft və qaz məhsullarının istehlakçıları arasında birinci yerdədir. Belə ki, bu ilin 4 ayı ərzində Azərbaycandan Rusiya Federasiyasına qeyri-neft və qaz məhsullarının ixracı təqribən 350 milyon ABŞ dolları təşkil edib. Rusiya Azərbaycan sahibkarları üçün ənənəvi bazardır və ölkələr arasında işgüzar əlaqələr getdikcə inkişaf edir. Bu ilin 4 ayı ərzində Azərbaycanla Rusiya arasında ümumi ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib.

O, ölkələr arasında nəqliyyat və logistika əməkdaşlığına da toxunaraq, “Şimal-Cənub” dəhlizi ilə yük dövriyyəsinin 51 faiz artdığını vurğulayıb. “Hazırda Rusiya tərəfi sərhəddə imkanların genişləndirilməsi üzərində işləyir ki, bu da “Şimal-Cənub” marşrutu üzrə yük axınının artırılması baxımından çox vacibdir”, - Y.Abdullayev əlavə edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?