29 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Belarus Ağdamda müasir aqroşəhərcik inşa etməyi planlaşdırır

Belarus Qarabağın dirçəlişinə öz konkret töhfəsini verəcək.

Azərbaycan iqtisadiyyatı” Telegram kanalı BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Baş nazirinin müavini İqor Petrişenko ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası zamanı deyib.

Onun sözlərinə görə, əsas layihələrdən biri Ağdam rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı da daxil olmaqla inteqrasiya olunmuş müasir kənd təsərrüfatı şəhərciyinin, həmçinin fəhlələr və onların ailə üzvləri üçün mənzil və sosial obyektlərin yaradılması olacaq.

“Biz bu əhatəli layihənin konsepsiyasını dövlət başçılarına təqdim etməyi planlaşdırırıq”, - deyə o əlavə edib.

Hökumətlərarası komissiyanın işinin nəticəsi iclasın protokolu və qarşıdakı dövr üçün Belarus və Azərbaycan arasında qarşılıqlı fəaliyyətin yenilənmiş yol xəritəsinin imzalanması olacaq.

VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?