17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Raad al Saadi: “Azərbaycan dünya üçün etibarlı enerji təchizatçısına çevrilib”

Raad al Saadi: “Azərbaycan dünya üçün etibarlı enerji təchizatçısına çevrilib”

"Demək olar ki, dünyanın bir çox ölkəsinin enerji ilə bağlı gələcəyə baxışları var. Lakin heç də hər bir ölkə bu məsələləri effektiv şəkildə icra edə bilmir. Azərbaycan bu baxımdan özünəməxsus bir mövqedədəir. Mən böyük məmnuniyyətlə deyə bilərəm ki, Azərbaycanın bununla bağlı çox praqmatik baxışı var. 2030-cu ilə kimi bərpaolunan enerji ölkənin enerji balansının 30 faizini təşkil edəcək”.

Bu sözləri “Acwa Power” şirkətinin sədr müavini və idarəedici direktoru Raad al Saadi Bakı Enerji Forumunda “Liderlərin çıxışları: Enerji təhlükəsizliyi 2.0” mövzusundakı panel müzakirəsində çıxışı zamanı deyib.

O, Azərbaycanı COP29-a sədrlik etməsinə görə təbrik edib: “Acwa Power” şirkətinin 15 milyard dollar məbləğində böyük layihələri var. İnanırıq ki, Azərbaycan bizim üçün növbəti cəbhədir. Azərbaycan dünya üçün uzun müddətdir ki, etibarlı enerji təchizatçısına çevrilib”.

Onun sözlərinə görə, Azərbaycanda görülən işlər icra müqavilələri çərçivəsində həyata keçirilir ki, bu da innovasiya üçün çox münbit şərait yaradır.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?