Beynəlxalq Valyuta Fondu ilə birgə fəaliyyətin müxtəlif istiqamətləri müzakirə olunub
Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun başçılıq etdiyi nümayəndə heyətilə müzakirələr zamanı birgə fəaliyyətin müxtəlif istiqamətlərini və nəticələrini nəzərdən keçirdik:
- Ölkəmizin makroiqtisadi göstəriciləri və biznes sahəsində islahatların nəticələri;
- İqtisadi diversifikasiyanın dəstəklənməsi istiqamətində təşəbbüslər;
- Vergi inzibatçılığı sahəsində nəzərdə tutulan islahatlar.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.