Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun başçılıq etdiyi nümayəndə heyətilə müzakirələr zamanı birgə fəaliyyətin müxtəlif istiqamətlərini və nəticələrini nəzərdən keçirdik:
- Ölkəmizin makroiqtisadi göstəriciləri və biznes sahəsində islahatların nəticələri;
- İqtisadi diversifikasiyanın dəstəklənməsi istiqamətində təşəbbüslər;
- Vergi inzibatçılığı sahəsində nəzərdə tutulan islahatlar.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.