24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
SOCAR-la ABŞ-nin “Honeywell” şirkəti arasında Əməkdaşlıq Sazişi imzalanıb

SOCAR-la ABŞ-nin “Honeywell” şirkəti arasında Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-nin “Honeywell” şirkəti arasında regionun enerji sənayesinin avtomatlaşdırılması və enerji keçidinin inkişafı məqsədilə Əməkdaşlıq Sazişi imzalanıb.

SOCAR-ın məlumatına görə, sənədi SOCAR prezidenti Rövşən Nəcəf və “Honeywell”in baş icraçı direktoru Anant Maheşvari imzalayıblar.

Sənəd enerji sektorunun rəqəmsallaşdırılmasının dəstəklənməsi, emissiyaların azaldılması, təhlükəsizlik, innovativ həllər üzrə əməkdaşlığı nəzərdə tutur.

Tərəflər arasında keçirilən görüşdə uzunmüddətli və səmərəli əməkdaşlıqdan, bu xüsusda “Star” neft emalı zavodunun (NEZ) inşası, Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi layihələrində birgə fəaliyyətdən məmnunluq ifadə edilib.

Görüşdə sənayenin rəqəmsallaşdırılması, dayanıqlılıq, enerji keçidi, insan kapitalının inkişafı istiqamətləri üzrə əməkdaşlıq, həmçinin bərpaolunan enerjiyə həsr olunan beynəlxalq tədbirlərdə birgə iştirak imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?