12 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Xocalı” gəmisi istismara verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına “Handysize” ölçü tipli ilk gəmi qəbul edilib.

QSC-nin məlumatına görə, bununla da, ASCO quru yüklərin daşınmasında yeni seqmentə daxil olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, gəmiyə Xocalının adı verilib.

ASCO “Handysize” ölçü tipli quru yük gəmisinin alınması layihəsinin maliyyələşdirilməsi məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlıq edib. Gəminin alınması üzrə maliyyələşmənin 70 faizi AYİB-in ayırdığı kredit vəsaiti, 30 faizi isə ASCO-nun daxili imkanları hesabına həyata keçirilib.

“Xocalı” gəmisi 38593 ton yükgötürmə imkanına malikdir. Bu da ASCO-nun mövcud quru yük gəmilərinin yükgötürmə qabiliyyətindən təxminən 8 dəfə çoxdur. Gəminin uzunluğu 180 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 uzeldir. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.

Qeyd edək ki, “Xocalı” gəmisinin yükləndikdən sonra ilk səfəri Cənubi Koreyanın “Bakpyung” limanından Amerika Birləşmiş Ştatlarının “Portland” limanınadır. Bununla da, “Xocalı” gəmisi müstəqil Azərbaycan bayrağı altında Amerika sularında üzəcək ilk gəmi olacaq.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?