9 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda istismar olunan qaz sayğacları ilə bağlı yenilik

“Azərbaycanda istismar olunan qaz sayğacları ilə bağlı yeniliklərdən biri yoxlama müayinəsindən sonra sayğacların üzərinə Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) adı əks etdirilən, pozulması mümkün olmayan xüsusi ştrix kodlar yapışdırılmasıdır”. Bunu “Azərbaycan İqtisadiyyatı” Teleqram kanalına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Xamis Seyranov deyib.

Şöbə müdirinin sözlərinə görə, gələcəkdə müəyyən eyniləşdirmə vasitələrinin tətbiqi, QR kod və ya digər məlumatoxuyucu vasitələrin köməyi ilə istehlakçının istismarında olan sayğacın dövlət yoxlamasından keçib-keçməməsi barədə məlumatı dərhal ala bilmək imkanının yaradılması planlaşdırılır: “AzMİ publik hüquqi şəxsi “Gəncə Cihazqayırma Zavodu” ASC ilə əməkdaşlıq çərçivəsində yoxlama işlərini bu müəssisədə həyata keçirir. Zavodda istehsal olunmuş sayğacların hamısı “Azəriqaz” tərəfindən istismara buraxılmazdan əvvəl bir-bir yoxlanılır və onların hər birinin üzərinə ştrix kodlar yapışdırılır, bununla da ölçmə vasitəsinin laborator qaydada yoxlanılıb-yoxlanılmamasını müəyyənləşdirmək mümkün olur. Nəticədə sayğaca müdaxilənin qarşısı alınır, onun hansı istehlakçıda olduğu, dövri nəzarət müddəti müəyyən edilir”.

X.Seyranov əlavə edib ki, "Azəriqaz" İstehsalat Birliyi ilə AzMİ arasında imzalanmış 2 avqust 2023-cü il tarixli müqaviləyə əsasən, qaz sayğaclarının yoxlanılması laboratoriyasının idarəedilməsi 2024-cü il yanvarın 1-dən institutun idarəçiliyinə verilib. Həmin laboratoriyada ölkədə istismar olunan qaz sayğacları həm ilkin yoxlamadan, həm də sonrakı dövri yoxlamadan keçərək müayinə olunur, ekspertizası, təmiri həyata keçirilir. Laboratoriyada aparılan dövri yoxlamadan sonra sayğacların üzərindəki göstəricilər əsasında kənarlaşma olub-olmadığı, onun ölçmə vasitəsi kimi istismar edilib-edilməməsi aşkarlanır: “Hazırkı fəaliyyət həm məişət, həm də sənaye sayğaclarının yoxlanılmasını əhatə edir. Məişət istehlakçıları "Azərqaz" İB-nin vəsaiti hesabına sayğaclarla təmin edildiyindən onların həm quraşdırılması, həm də dövri müayinədən keçirilməsi üçün yoxlamaya gətirilməsi Birlijk tərəfindən həyata keçirilir. Sənaye sayğaclarına münasibətdə isə bu fəaliyyətin sahibkarın özü tərəfindən də aparılması mümkündür. Sahibkarın müraciəti əsasında sayğacların AzMİ tərəfindən ödəniş əsasında yoxlanılması həyata keçirilə bilər”.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?