27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda güzgü istehsal edən müəssisə tikiləcək

Yaxın bir ay ərzində Azərbaycanda güzgü istehsal edəcək ilk müəssisənin tikintisinə başlanılacaq. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azermirror” MMC-nin direktoru Rüstəm Abbasov deyib.

R.Abbasovun sözlərinə görə, investisiya dəyəri 11 milyon manata yaxın olan, alüminium təbəqəli vərəqə güzgü istehsalı həyata keçirəcək zavodun tikintisinin təxminən 8-9 aya yekunlaşacağı gözlənilir. Müəssisənin gündəlik istehsal həcmi işçilərin növbəlilik rejimindən asılı olaraq dəyişəcək. Zavod birnövbəli qrafiklə işləyərsə, onun gündəlik istehsal tutumu 4200 kvadratmetr, ikinövbəli işləyərsə, 8000 kvadratmetr olacaq.

Zavodda 44 yeni daimi iş yeri yaradılacaq. İstehsal üçün tələb olunan avadanlıqlar Çindən gətiriləcək.

İstehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır. R.Abbasov bildirib ki, artıq Gürcüstan, Türkiyə və Polşa onların məhsulları ilə maraqlanır. Məhsulların ilkin olaraq Gürcüstan və Türkiyəyə ixrac ediləcəyi gözlənilir: “Türkiyədə güzgü istehsal edilir, lakin bu ölkə məhsula olan tələbatını tam olaraq ödəyə bilmir. Ona görə istehsala başladıqdan sonra bizdən də güzgü almaq istəyirlər. Bizim məhsulların keyfiyyəti yüksək olacaq”.

MMC direktoru əlavə edib ki, hazırda Azərbaycana güzgülər Rusiya və İrandan idxal edilir. Müəssisə fəaliyyətə başladıqdan sonra idxalın qarşısı təxminən 80 faiz alınacaq.

İlhamə İSABALAYEVA

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?