15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan "Russia Halal Expo 2024" sərgisində təmsil olunur

Rusiyanın ən böyük investisiya və infrastruktur layihələri sərgisi olan “Russia Halal Expo 2024” Tatarıstan Respublikasının Kazan şəhərində işə başlayıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, sərgidə Azərbaycan məhsulları vahid ölkə stendində təqdim olunur. Stenddə sahibkarlar tərəfindən ölkədə istehsal olunan tekstil, çay, fındıq, qənnadı məmulatlar, ədviyyatlar, eləcə də müxtəlif ət və ət məhsulları sərgi iştirakçılarına nümayiş olunur.

Sərgidə həmçinin AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın iqtisadi imkanları, o cümlədən investisiya və ixrac perspektivləri, turizm sahəsinin potensialı, eləcə də investorlara təklif olunan imtiyazlar barədə məlumat verilir.

Qeyd edək ki, ənənəvi “Russia Halal Expo” sərgisi “Rusiya – İslam dünyası: Kazan Forumu” çərçivəsində təşkil olunur. Sərgi biznes layihələrinin təşviqi və inkişafı, o cümlədən MDB və digər ölkələrin halal sənayelərinin potensialını nümayiş etdirmək üçün effektiv platforma kimi xidmət edir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?