12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq əmək standartları

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə "Beynəlxalq əmək standartları" mövzusunda konfrans öz işinə başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ölkəmizdə əmək sahəsində də mütərəqqi beynəlxalq yanaşmalara uyğun islahatların uğurla davam etdirilməsinə imkan verdiyini vurğulayıb.

O, 2019-cu ilin sosial sahədə inqilabi addımların atıldığı bir il olduğunu qeyd edərək, dövlət başçısının bu il təqdim etdiyi iki sosial paket nəticəsində ölkəmizdə minimum əməkhaqqının iki dəfəyə yaxın artırıldığını deyib. Qeyd edib ki, bununla da bu il sentyabrın 1-dən ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faiz üstələyəcək. Dövlət büdcəsindən maliyyələşən bütün sahələrdə çalışan işçilərin vəzifə maaşları da sentyabrın 1-dən əhəmiyyətli dərəcədə artırılacaq. Bütün bunlar əhalinin rifahına ciddi dəstək olmaqla, təbii ki, əmək bazarında müsbət meyillərin sürətlənməsinə, əmək münaisbətlərində leqallaşmaya, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir edir. Bu il müavinət və təqaüdlər də orta hesabla 100 faiz artırılıb.

A.Əliyev ölkəmizin BƏT-lə geniş əməkdaşlıq gündəliyinin olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan Respublikası ötən dövrdə BƏT-in 58 Konvensiyasına qoşulub, xüsusilə də həmin sənədlər sırasında BƏT-in 8 fundamental və 4 prioritet Konvensiyasını ratifikasiya etməsi Azərbaycanın əmək sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqi ilə bağlı fəal və məqsədyönlü siyasətə malik olduğunu göstərir. Çünki həmin fundamental və prioritet konvensiyalar təkmil əsaslarda əmək qanunvericiliyi sisteminin formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb edir. Nazir müavini BƏT-lə birgə icra olunan "Azərbaycan Respublikasının 2016 – 2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı" çərçivəsində aparılan işlərin müsbət nəticələrini, BƏT-in dəstəyi ilə yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın əmək, məşğulluq, sosial müdafiə sahələrində uğurlu islahatlar proqramının həyata keçirilməsində önəmli rolunu diqqətə çatdırıb. A.Əliyev ölkəmizdə əmək sahəsində BƏT Konvensiyalarına, beynəlxalq əmək standartlarına uyğun islahatların ardıcıl xarakter aldığını, hazırkı konfransın beynəlxalq əmək standartları, onların tətbiqi məsələlərinin müzakirəsinə həsr edildiyini deyib.

Konfransın açılışında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Jalə Hacıyeva, BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev, BƏT-in Moskva Ofisinin beynəlxalq əmək standartları və əmək hüququ üzrə mütəxəssisi Lejo Sibbel çıxış ediblər.

Konfransda sessiyalar çərçivəsində L.Sibbel tərəfindən beynəlxalq əmək standartlarına dair təqdimat ediləcək və həmin standartların rolu üzrə sosial tərəfdaşlarla birgə panel müzakirələr aparılacaq.

Həmçinin tədbirin gündəliyinə BƏT-in eksperti Aleksandr Yafayevin "Məcburi əmək və uşaq əməyi üzrə beynəlxalq əmək standartları", L. Sibbelin "Ayrı-seçkilik və bərabərlik üzrə beynəlxalq əmək standartları" mövzularında təqdimatları, "Beynəlxalq əmək standartlarının tətbiqi vasitəsilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması" və "Beynəlxalq əmək standartlarının tətbiqi vasitəsilə qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidin asanlaşdırılması" mövzularında müzakirələrin aparılması daxildir.

Konfrans iki gün davam edəcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?