14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özbəkistanda “yaşıl” enerjinin Azərbaycan vasitəsilə Avropaya ixracına dair ikinci üçtərəfli görüş keçirilib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazovun Özbəkistana səfəri çərçivəsində bu ölkənin investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, energetika naziri Jurabek Mirzamaxmudov və Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev arasında “yaşıl” enerjinin Azərbaycan ərazisindən keçməklə Avropaya ixracına dair üçtərəfli görüş keçirilib. Görüşdə həmçinin, bərpaolunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlərin və maliyyə institutlarının nümayəndələri iştirak edib.

Tədbirdə dövlət başçılarının siyasi iradəsinin iqtisadi əməkdaşlığın intensivləşməsi üçün möhkəm təməllər yaratdığı, çoxşaxəli münasibətlərin inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, ölkələrimiz zəngin bərpa olunan enerji mənbələrinə malikdir və həyata keçirilən layihələr elektrik enerjisinin istehsalı və ixracını stimullaşdırır.

Görüşdə Mərkəzi Asiyadan Azərbaycan ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivləri müzakirə edilib. 2023-cü ilin sonunda Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq nazirliklərinin rəhbərlərinin imzaladığı Birgə Kommünikedən irəli gələn məsələlərin icrası, “yaşıl” enerji layihələri üzrə birgə fəaliyyətin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Birgə İşçi Qrup enerji mübadiləsi, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində səmərəli fəaliyyət göstərir.

Bildirilib ki, Xəzər dənizi - Qara dəniz - Avropa enerji dəhlizinin yaradılması iştirakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək, energetika sistemləri və iqtisadiyyatları arasında əlaqələri möhkəmləndirəcək.

Görüş çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi layihəsinin birgə həyata keçirilməsi (“Yaşıl dəhliz”) ilə bağlı təqdimat nümayiş olunub.

Tədbir çərçivəsində “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” imzalanıb. Sənədin icrası “yaşıl” enerjinin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracı, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək.

Memoranduma əsasən 3 ölkənin enerji sistemlərinin birləşdirilməsi üzrə layihə ilə bağlı Katibliyin funksiyalarının yerinə yetirilməsi Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə həvalə olunub.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?