25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Qobustan rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə hərrac elan edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, yaşıl enerjidən istifadənin inkişafını prioritetləşdirən dövlət siyasətinə müvafiq olaraq keçirilən hərrac sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi məqsədini daşıyır.

Açıq auksion formasında 2 mərhələdə həyata keçirilən hərrac elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər ən azI 30 faizə çatdırılması ilə bağlı strateji hədəfə nail olunması, ölkəmizin COP29-a ev sahibliyi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan tədbirlərdən biridir.

Qeyd edək ki, hərracda birinci mərhələ ixtisas uyğunluğunun müəyyənləşdirilməsidir və iştirak etmək istəyən şirkətlər 30 aprel 2024-cü il tarixindən etibarən [email protected] elektron poçt ünvanı vasitəsilə ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədini tələb etməlidirlər. Sənəd müraciət etmiş şirkətlərə 7 may 2024-cü il tarixindən başlayaraq təqdim ediləcək. Hərrac iştirakçıları ixtisas uyğunluğunun qiymətləndirilməsi ilə bağlı məlumatları 14 iyun 2024-cü il tarixinə qədər təqdim etməlidirlər. Birinci mərhələ 12 iyul 2024-cü il tarixində yekunlaşır.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması