15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın investisiya potensialı Macarıstanda təqdim olunub

Macarıstanın paytaxtı Budapeşt şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi, Azərbaycanın Polşada fəaliyyət göstərən Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatı və Azərbaycanın Macarıstandakı Səfirliyinin birgə təşkilatçılığı ilə "Invest in Azerbaijan" tədbiri keçirilib.

AZPROMO-dan verilən məlumata görə, tədbirin təşkilinə Macarıstan tərəfindən Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA) dəstək göstərib.

Tədbirdə Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağı-zadə, Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini xanım Katalin Bihari, HEPA-nın, Türk Dövlətləri Təşkilatının Ofisinin nümayəndələri, həmçinin Macarıstanın FMCG, tikinti, müxtəlif maşın və avadanlıqların istehsalı, konsaltinq xidmətləri, logistika və digər sektorlarda fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

Tədbir zamanı ticarət nümayəndəsi aparatının əməkdaşları tərəfindən Azərbaycanın investisiya mühiti, Azərbaycan-Macarıstan xarici ticarət əlaqələri, Azərbaycandakı sənaye zonaları və aqroparklar, Ələt Azad İqtisadi Zonası, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və xarici investorlar üçün yaradılmış imkanlar, tətbiq edilən güzəştlər, ölkəmizin tranzit və logistika üstünlükləri, www.invest.gov.az veb-səhifəsi haqqında geniş təqdimatlar edilib, iştirakçıların sualları cavablandırılıb. Azərbaycanda xarici investorlar üçün yaradılmış geniş imkanlar qonaqlar tərəfindən maraqla qarşılanıb, gələcək əməkdaşlıq üçün müvafiq müraciətlərin ediləcəyi bildirilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?