7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Levent Kurnaz: “Azərbaycan COP29-u qlobal əməkdaşlığın inqilabi toplantısına çevirə biləcək” MÜSAHİBƏ

COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq, Azərbaycan Prezidentinin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan əsasən neft-qaz ölkəsi olmasına baxmayaraq, yaşıl enerjinin inkişafında və onun dünya bazarlarına nəqlində də böyük pay sahibi olmağı hədəfləyir.

Mövzu ilə bağlı "vergiler.az"ın suallarını İstanbul Boğaziçi Universitetinin İqlim Dəyişikliyi və Siyasət Araşdırmaları Mərkəzinin rəhbəri Levent Kurnaz cavablandırır:

- 2024-cü ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək. Sizcə, indiki dövrdə iqlim dəyişikliyi mövzusu niyə bu qədər aktualdır?

- İqlim dəyişikliyi bu gün bəşəriyyətin üzləşdiyi ən mühüm problemdir. Bu problemi ancaq bütün ölkələrin birgə səyləri ilə həll etmək olar, əks halda, böyük bir qlobal təhlükə ilə üzləşməli olacağıq. Buna görə də bu sahədə dünya səviyyəsində qarşılıqlı əməkdaşlığa ciddi ehtiyacımız var. Qarşıdan gələn COP29 Azərbaycana bu böhranla mübarizədə lider mövqe tutmağa imkan verir. Əminik ki, qardaş ölkə bu istiqamətdə beynəlxalq əməkdaşlıq masası arxasında öz sözünü deyə biləcək və dünya səviyyəsində müsbət imic əldə edəcək. Bu baxımdan, fikrimcə, Azərbaycan inkişaf etməkdə olan bir ölkə kimi bu mötəbər tədbiri qlobal əməkdaşlığın inqilabi toplantısına çevirə biləcək.

Əminik ki, qardaş ölkəbeynəlxalq əməkdaşlıq masası arxasında
öz sözünü deyə biləcək və dünya səviyyəsində müsbət imic əldə edəcək

- Yaşıl keçidin yeni iş yerlərinin açılmasına və iqtisadi inkişafa təsiri barədə nə deyə bilərsiniz?

- Hesab edirəm ki, Azərbaycan neft və qaz gəlirlərini “yaşıl” iş yerlərinin yaradılmasına və yaşıl iqtisadi inkişafa sərf etməlidir. Hamımız bilirik ki, bu sərvətlər əbədi deyil, neft və qaz ehtiyatları tükəndikcə belə ölkələrin arxalana biləcəyi başqa resurslar olmalıdır. Bu baxımdan, Azərbaycan davamlı inkişaf üçün öz resurs bazasını yaşıl inkişafa yönəltməlidir.

Azərbaycan davamlı inkişaf üçün öz resurs bazasını yaşıl inkişafa yönəltməlidir

- Sizcə, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə üçün daha nə etməlidir?

- Bildiyiniz kimi, Azərbaycanda bəzi ehtiyatlar, xüsusilə də su mənbələri məhdud səviyyədədir və belə getsə, yaxın gələcəkdə bütün bu resurs qıtlığının özünü daha çox büruzə verəcəyi qaçılmazdır. Bu səbəbdən də hesab edirəm ki, neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə vaxtında müvafiq tədbirlər görülməlidir.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?