24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan Kredit Bürosu 126 təşkilatla müqavilə imzalayıb

Azərbaycan Kredit Bürosu 126 təşkilatla müqavilə imzalayıb

Bu il iyun ayının 30-na Azərbaycan Kredit Bürosu ilə müqavilə imzalamış təşkilatların sayı 126-ya çatıb. Bürodan bildirilib ki, hesabat dövründə 6 yeni təşkilat, o cümlədən 1 bank olmayan kredit təşkilatı, 2 lizinq şirkəti, 2 kredit ittifaqı və 1 nisyə mal alğı-satqısı ilə məşğul olan hüquqi şəxs ilə müqavilə imzalanıb və qurumun sisteminə inteqrasiya edilib.

Bu ilin ilk yarısında büronun sistemindən 30 bank və 40 bank olmayan kredit təşkilatı (BOKT) istifadə edib. Qeyd olunan müddətdə büroda banklar və BOKT-lar tərəfindən 1 milyon 301 min 606 sorğu həyata keçirilib. Həmin göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 37 faiz çoxdur. Keçən ilin müvafiq dövründə analoji sistemdən kredit təşkilatları tərəfindən 952 min 987 sorğu yerinə yetirilib.

Büroda aparılmış sorğuların 1 milyon 162 min 865-i (89 faiz) banklar, 138 min 741-i (11 faiz) isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib. Qurumun skorinq xidmətindən isə 6 ayda ümumilikdə 851 min 607 sayda istifadə qeydə alınıb ki, bu da ümumi sorğuların 65 faizini təşkil edib. Qeyd olunan dövrdə 13 min 827 şəxs büroya müraciət edərək öz kredit hesabatlarını əldə edib. Həmin şəxslərin 13 min 751-i (99,5 faiz) fiziki, 76-sı (0,5 faiz) isə hüquqi şəxs olub.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?