16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Cəbhəyanı bölgələrdə yaşayan qadınların biznes layihələrinə maliyyə dəstəyi göstəriləcək

Cəbhəyanı bölgələrdə yaşayan qadınların biznes layihələrinə maliyyə dəstəyi göstəriləcək

İsveçrə Əməkdaşlıq Təşkilatı Azərbaycanın cəbhəyanı bölgələrində yaşayan və həyat yoldaşını itirmiş qadınlara maliyyə dəstəyi verəcək. Bu barədə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayeva məlumat verib. 

Onun sözlərinə görə, bu məqsədlə xüsusi layihə həyata keçiriləcək: "Layihənin icrasına bu ayın sonundan başlanılması gözlənilir. Məqsəd həmin qadınlara biznes etikasının öyrədilməsi, maarifləndirilməsi və psixoloji durumları yaxşılaşdıqdan sonra biznes layihələrini dəstəkləməkdir. Layihənin icrası nəticəsində 36 qadın üçün yeni iş yeri təmin ediləcək".

Yeni layihənin büdcəsi 120 min manatdır. Bunun 40 faizini İsveçrə təşkilatı, 60 faizini isə assosiasiya ödəyəcək.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?