Cəbhəyanı bölgələrdə yaşayan qadınların biznes layihələrinə maliyyə dəstəyi göstəriləcək

2019.07.11 16:11 (UTC+04:00)

Onun sözlərinə görə, bu məqsədlə xüsusi layihə həyata keçiriləcək: "Layihənin icrasına bu ayın sonundan başlanılması gözlənilir. Məqsəd həmin qadınlara biznes etikasının öyrədilməsi, maarifləndirilməsi və psixoloji durumları yaxşılaşdıqdan sonra biznes layihələrini dəstəkləməkdir. Layihənin icrası nəticəsində 36 qadın üçün yeni iş yeri təmin ediləcək".

Yeni layihənin büdcəsi 120 min manatdır. Bunun 40 faizini İsveçrə təşkilatı, 60 faizini isə assosiasiya ödəyəcək.