22 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması sahibkarların əsas öhdəliklərindən biridir

İyulun 8-də Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") öz üzvləri üçün Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin iştirakı ilə görüş təşkil edib. Görüşdə Q.Təhməzli qida təhlükəsizliyi sahəsində görülən işlər və qarşıya qoyulan hədəflər barədə danışıb. Bununla yanaşı, tədbirdə bir neçə üzv şirkətin fəaliyyəti və xidmətləri barədə təqdimatlar nümayiş olunub. Ölkəmizdə akkreditasiya edilmiş diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə "AmCham"ın təxminən 100 üzvü və tərəfdaşı iştirak edib.

Qeyd edək ki, "AmCham" xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyası 1996-cı ildə yaradılıb və ölkə iqtisadiyyatının müxtəlif sektorunda fəaliyyət göstərən 280-dən çox üzv şirkəti birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80 faizini, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir. Belə işgüzar görüşlər qurum tərəfindən hər ay təşkil olunur və bu tədbirlərdə yüksək vəzifəli hökumət rəsmiləri, beynəlxalq maliyyə qurumlarının rəsmi şəxsləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin sədri ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar qurumun üzərinə düşən məsuliyyəti diqqətə çatdıraraq istehlakçıların təhlükəsiz və minimum keyfiyyət tələblərinə cavab verən qida məhsulları ilə təmin edilməklə onların həyat və sağlamlıqlarının, habelə maraqlarının qorunmasının sahibkarların əsas öhdəliklərindən biri olduğunu vurğulayıb. O, həmçinin, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin agentlik tərəfindən maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri görüş iştirakçılarının diqqətinə çatdırıb. Sədr “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın əsas strateji hədəflərindən birinin bu sahədə dövlət-özəl sektor əməkdaşlığının inkişafı ilə bağlı olduğunu qeyd edib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?